Cümə, 17 May

"İran Ermənistanı yenidən dirçəltmək istəyir" - Deputat

image

"İranla münasibətlərin hazırki vəziyyəti olduqca təhlükəlidir".

Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov deyib.

"Regionda xüsusi çəkisi olan, böyük potensiala malik olan İran indiyədək öz siyasətində göstərmədiyi məsələləri artıq açıq şəkildə bəyan edir. Bu da birbaşa İran-Ermənistan münasibətlərinin nümayişkəranə formada bəyan edilməsi deməkdir. 

Soçi görüşündən sonra Paşinyanın Tehrana səfəri, orada verilən bəyanatlar və imzalanan sənədlər ona dəlalət edir ki, İran Ermənistanı yenidən dirçəltmək siyasətini seçib və ona hər cür dəstək verməyə hazırdır. Bu da Azərbaycanın regionda yaratdığı yeni reallığın nəticəsidir. Təəssüflər olsun ki, İran tərəfi bu reallığı qəbul etmir. Ona görə də bu formada siyasət aparmağa başlayıb. Uğurlu, inkişaf etmiş, sülhün qarantı olan Azərbaycan dövləti İranda yaşayan 40 milyondan artıq azərbaycanlılar üçün bir növ nümunəyə çevrilə bilər. Bu təhlükəyə görə İran Ermənistana daha yaxın siyasət aparmağa məcbur olur və Azərbaycanı hər hansı yolla zəiflədərək həmin ümidləri doğrultmamaq üçün davranış göstərir. 

Əlbəttə ki, bu, yanlış siyasətdir. Cənub qonşumuz özü müasirləşməlidir. İranın daxilində gedən proseslər də ona dəlalət edir ki, bu dövlət istər-istəməz müasir gəncliyin və dünyanın tələblərini dərk etməlidir. İran Azərbaycana qarşı səbəbi anlaşılmayan qısqanclıq siyasətinin əvəzinə öz daxilindəki problemlər barəsində düşünməlidir. Bundan başqa, onlar regionda sabitliyi təhlükə altında salmaq əvəzinə Azərbaycanla əlaqələri möhkəmləndirərək dostluq münasibətləri yaratmalıdırlar. 

Onu da qeyd edim ki, Azərbaycan regionda tək deyil. Burada güclü Türkiyə faktoru var. Türkiyə ilə yanaşı bizim Mərkəzi Asiya ölkələri ilə, Pakistanla və digər ölkələrlə də güclü münasibətlərimiz var", - deyə deputat qeyd edib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41